Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Davud Məcid oğlu Nəsibovun doğum günü münasibətilə ”Kül altda köz qalar” adlı tədbir keçirilib

24.08.2024

24 avqust 2024-cü ildə Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 25 avqust 1942-ci ildə Qazax rayonunda anadan olmuş şair, publisist, tərcüməçi Davud Məcid oğlu Nəsibovun doğum günü münasibətilə  "Kül altda köz qalar" başlığı altında tədbir keçirilib.
Tədbirdə şair Bilal Qoca, Tamella Poladlı, 2 saylı Diyarşünaslıq klubunun müdürü Ərkinaz Əliyeva və əməkdaşı, Qazax rayon MKS-nin şəhər  2 saylı Kitabxana filialının əməkdaşları, Qazax Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları və 1 saylı Musiqi məktəbinin şagirdləri Abdıyev Yavər, Salmanov  Yisif və Məmmədov Turan iştirak ediblər.
Tədbirdə ilk olaraq sözü Muzeyin direktoru Məhuzə Hüseynova açaraq tədbir iştirakçılarını salamlayıb və şairin "Torpaq" şeirini söyləyib.
Sonra muzeyin digər əməkdaşlar Şamama Qocayeva, Arzu Həsənova və digərləri şairin şeirlərini söyləyiblər. Şagirdlər  şairin şeirləri sazın ifasında səsləndiriblər.